“Leykers”dən yeni qərar
“Leykers” iki basketbolçusu ilə bağlı qərar verib. Müdafiəçi Ostin Rivz və hücumçu Uenin Qabriel komandada saxlanılacaq.
Hər iki oyunçunun müqaviləsi mövsümün sonunadək təmin olunacaq. Onların 2022/23 mövsümü üçün anlaşmaları təmin olunmamış idi. Lakin müqavilələrin formatı yenilənib.
Müdafiəçi 1,6, forvard 1,9 milyon dollar qazanacaq. Cari mövsümdə Rivz 10,8, Qabriel 5,8 xal yığıb.