“Leykers”dən Lebron və Donçiç qərarı

“Leykers”dən Lebron və Donçiç qərarı

“Leykers” NBA-da müntəzəm çempionatın son matçına zəif heyətlə çıxacaq. Los-Anceles təmsilçisi liderlərə istirahət vermək qərarına gəlib.

Lebron Ceyms, Luka Donçiç, Ostin Rivz, Dorian Finni-Smit, Rui Hatimura, və Maksi Kleber də “Portlend”lə görüşü buraxacaqlar. Cekson Heys, Carred Vanderbilt və Qeyb Vinsentin matçda iştirakı sual altındadır.

Qeyd edək ki, “Leykers” Qərb konfransında 3-cü yeri təmin edib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 14.04.2025

Növbəti yazı

“Sevilya”da istefa