“Leykers” yenə uduzdu

“Leykers” yenə uduzdu

NBA-da növbəti oyunlar keçirilib. Heyətində ulduzların yer aldığı “Leykers növbəti məğlubiyyətini alıb.

Los-Anceles təmsilçisi “Atlanta” ilə matçda yenilib. 129:121 hesabı ilə qalib gələn meydan sahibləri ilk yarıdan sonra 9 xal geridə olsalar da, sonda qələbəyə seviniblər.

Bu qarşılaşmanın ən yaxşısı Trey Yanq olub. O, 36 xal və 12 ötürməyə imza atıb. Kaliforniyalıların heyətində Malik Mons 33 xal toplayıb.

e-Topaz

Əvvəlki yazı

Consun keçidi baş tutmadı

Növbəti yazı

Rafinya “Çelsi”nin hədəfində