“Leykers” və “Atlanta” pley-offda
NBA-da pley-offun daha iki iştirakçısı bəlli olub. Bu, pley-in matçlarından sonra dəqiqləşib.
Şərq konfransında 7-ci olan “Mayami” 8-ci pilləni tutan “Atlanta” ilə görüşüb. “Houks” səfər qələbəsi ilə play-offa yüksəlib – 116:105.
“Leykers” isə evdə “Minnesota”ya qalib gəlib – 108:102. Overtaymdakı bu qələbə Qərbdə 7-ci olan Los-Anceles təmsilçisini pley-offa daşıyıb.
Qeyd edək ki, məğlub komandalar pley-ində mübarizəni davam etdirəcək.