“Leykers” Lebronla vidalaşır
Lebron Ceymsin taleyinə aydınlıq gəlib. O, “Los Anceles Leykers” ilə danışıqlarda çətinliklərlə üzləşib.
Lebron karyerasını bitirmək fikrində deyil və “Leykers” ilə müqaviləsini uzatmaq istəyir. Lakin, klub ulduza yeni müqavilə imzalamaqda maraqlı olmadığını açıqlayıb.
Ceymsin 30 dekabrda 41 yaşı tamam olacaq. Onun “Leykers”lə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.












