“Leykers” 26 xallıq üstünlüyü əldən verdi
“Oklahoma” mövsümdə ilk qələbəsini qazanıb. Bu, “Leykers”lə ev oyununa təsadüf edib. Oklahomalılar 123:115 hesablı qələbə qazanıb.
Birinci hissədə 19:41 hesabı ilə uduzan “Tander” oyunun gedişində hətta 26 xal fərqi ilə geri düşüb. Lakin fərqi aradan qaldıran komanda “Leykers”i məğlub edib.
Son 25 ildə 230 dəfə oyunun gedişində 25 və daha arıq xal üstünlüyü qazanan Los-Anceles təmsilçisi bu matçların heç birində uduzmamışdı. Bu dəfə “Leykers” böyük üstünlüyü də əldən verib.