“Leykers” 19 xallıq üstünlüyü əldən verdi

“Leykers” 19 xallıq üstünlüyü əldən verdi

“Leykers” mövsümdə növbəti məğlubiyyətini alıb. Los-Anceles təmsilçisi “Oklahoma”ya uduzub – 104:107.

Oyunun gedişində meydan sahibləri 19 xallıq üstünlük də qazanıb. Lakin los-anceleslilər bu üstünlüyü qoruya bilməyib. Bu, iki komanda arasında ilk belə oyunda “Tanders” 26 xallıq fərqi aradan qaldırıb.

Oklahomalılar mövsümün 8 oyununda yalnız iki matçda qalib gəlib. Hər iki qələbə “Leykers” üzərində əldə olunub. Zədədən əziyyət çəkən Lebron Ceyms bu görüşlərin heç birində kaliforniyalılara kömək etməyib.

e-Topaz

Əvvəlki yazı

Abdullah Zubir həftənin oyunçusu adına namizədlər sırasında

Növbəti yazı

Marrey Stokholma dəvət aldı