Leverkuzendə altı qol
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib. Təmsilçimiz UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Bayer”lə qarşılaşıb.
İlk iki matçda qələbə qazanan rəqiblərin dueli “BayArena”da baş tutub. H qrupunun liderlərinin duelinə meydan sahiblərinin üstünlüyü ilə keçib.
Florian Virtsin 5-ci dəqiqədəki erkən qoluna Toral Bayramov dəqiq penalti zərbəsi ilə cavab verib. Lakin 16-cı dəqiqədəki top ağdamlıların yeganə sevinci olub.
Leverkuzen təmsilçisi fasiləyədək daha iki top vurub. Aleks Qrimaldo və Viktor Bonifeys fərqlənib. İkinci yarıda Aleks dublunu rəsmiləşdirib, ardınca Edmond Tapsoba qol sevinci yaşayıb. Beləliklə, “Qarabağ” Leverkuzendə 1:5 hesabı ilə uduzub.