Levandovskinin agenti Münhendə
“Bavariya”nın hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi Münhenə gəlib. O, 33 yaşlı polşalının müqaviləsi ilə bağlı vəziyyəti klub rəhbərliyi ilə müzakirə etmək niyyətindədir.
Levandovskinin hazırkı sözləşməsi 2023-cü ilin iyun ayının sonuna kimidir. Daha əvvəl futbolçunun “Barselona”ya keçə biləcəyi də bildirilmişdi.
Qeyd edək ki, Levandovski 2014-cü ildən “Bavariya”da çıxış edir. Hücumçu 2021/22 mövsümündə komandasının heyətində 43 matçda 48 qol vurub və 6 məhsuldar ötürmə edib.