Levandovskidən yeni rekord

Levandovskidən yeni rekord

“Bavariya”nın futbolçusu Robert Levandovski Bundesliqanın XIV turunun Dortmund “Borussiya”sı ilə matçında (3:2) dubla imza atıb. 33 yaşlı polşalı Almaniya çempionatında vurduğu səfər qollarının sayını 118-ə çatdırıb.

Levandovski bu göstəricidə yeni rekorda imza atıb. O, Bundesliqada ən çox səfər qoluna imza atan Klaus Fişeri keçib. Klaus “Şalke” və “Köln”ün şərəfini qoruduğu vaxt rekord müəyyənləşdirmişdi.

e-Topaz

Əvvəlki yazı

“Flamenqo”nun futbolçusu velosipedçini öldürdü

Növbəti yazı

“Leypsiq” baş məşqçisi ilə vidalaşdı