Levandovskidən rekord

Levandovskidən rekord

“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın II turunun “Real Sosyedad”la oyununda bir sıra statistik nailiyyətlərə imza atıb. Komandasının 4:1 hesablı qələbəsinə dublla töhfə verən polşalı ulduz futbolçu 2009-cu ildən bəri kataloniyalıların ən erkən qolunun müəllifi olub.

1-ci dəqiqədə fərqlənən forvard eyni zamanda son 18 ildə “Barsa”nın heyətində ən erkən səfər qoluna imza atıb. Axırıncı dəfə 2004-cü ildə Xavyer Saviola hakimin start fitindən dərhal sonra fərqlənib.

Levandovski həmçinin doğum günündə dubl edən üçüncü “Barsa” oyunçusu olub. Ona qədər 1996-cı ildə Ronaldo, 1998-ci ildə isə Xulio Salinas bunu bacarıb.

ETOPAZ

Əvvəlki yazı

“Şaxtyor”un yarımmüdafiəçisi “Arsenal”ın hədəfində

Növbəti yazı

PSJ-dən unikal göstərici