Levandovskidən iki ilk

Levandovskidən iki ilk

Robert Levandovski dünya çempionatlarının final mərhələlərində ilk qolunu vurub. Polşa yığmasının hücumçusu DÇ-2022-nin II turunda fərqlənib.

O, Səudiyyə Ərəbistanı ilə görüşdə komandasının ikinci qolunun müəllifi olub. Mundialdakı ilk qolunu 34 yaşında vuran Levandovski sevincindən göz yaşını saxlaya bilməyib.

“Barselona”nın forvardı ilk qolda da assist müəllifi olub. O, Pyotr Zelinskiyə ötürmə verərək mundiallarda ilk asssistini gerçəkləşdirib.

ETOPAZ

Əvvəlki yazı

Polşadan iki cavabsız qol

Növbəti yazı

“Mayami”də yeni müqavilə