Levandovskidən böyük üstünlük
2021-ci ildə milli çempionatlarda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. İFFHS-in cədvəlinə Robert Levandaovski başçılıq edir. Polşalı futbolçu 43 dəfə fərqlənib. O, serbiyalı Duşan Vlahoviçi 10 top qabaqlayıb. İlk “üçlüy”ü Cerri Benqston tutub.
1. Robert Levandovski (Polşa, “Bavariya”) – 43
2. Duşan Vlahoviç (Serbiya, “Fiorentina”) – 33
3. Cerri Benqston (Honduras, “Olimpiya”) – 32
4. Kərim Benzema (Fransa, “Real”) – 30
5. Erlinq Haland (Norveç, “Borussiya” D) – 30
6. Pol Onuaçu (Nigeriya, “Genk”) – 30
7. Cey Donnelli (Şimali İrlandiya, “Qlentoran”) – 30
8. İmre Badalssi (İtaliya, “Tre Penne”) – 30
9. Rodolfo Zelaya (Salvador, “Alyanza”) – 29
10. Məhəmməd Abdel Rahman (Sudan, “Əl-Hilal”) – 28
Qeyd: eyni sayda qol vuran futbolçular oyun sayının azlığına əsasən sıralanıb.