Levandovski üçün yeni variant
“Barselona”nın futbolçusu Robert Levandovski karyerasını ABŞ-də davam etdirə bilər. MLS təmsilçiləri “Çikaqo Fayr” və “İnter Mayami” polşalı hücumçunun xidmətində maraqlıdır.
Bu barədə BBC məlumat yayıb.
“Çikaqo Fayr” klubu artıq Levandovski ilə görüşüb və ilkin təklifi edib. Polşalı forvardın “Barselona” ilə müqaviləsi yayda başa çatır.










