Levandovski Peleyə çatdı

Levandovski Peleyə çatdı

Robert Levandovski Polşa yığmasında 77-ci qolunu vurub. 34 yaşlı hücumçu DÇ-2022-nin II turunun Səudiyyə Ərəbistanı ilə görüşündə fərqlənib.

O, 2:0 hesablı qələbəyə ikinci qolla töhfə verib. Bununla da Robert yığmada ən çox qol vuran futbolçular siyahısında Peleyə çatıb.

Futbol kralı Braziliya millisində 77 dəfə fərqlənib. Levandovski və Pele 10-cu yeri bölüşür.

Dünya rekordu isə Kriştiano Ronaldoya məxsusdur. Portuqaliya yığmasının bombardiri 118 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

“Mayami”də yeni müqavilə

Növbəti yazı

Fransa 1/8 finalda