Levandovski Neymarı geridə qoydu

Levandovski Neymarı geridə qoydu

Robert Levandovski “Barselona”da vurulan qolların sayına görə Neymarı geridə qoyub.

37 yaşlı hücumçu buna La Liqanın XII turunda səfərdə “Selta” ilə matçda nail olub.

Qarşılaşmada üç dəfə fərqlənən təcrübəli forvard Kataloniya təmsilçisində 108-ci qoluna imza atıb. Neymar “Barselona”da 105 dəfə rəqib qapılarına yol tapmışdı.

Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. 

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz”də ayrılıq

Növbəti yazı

Millimizin heyəti açıqlandı