Levandovski Neymara çatdı

Levandovski Neymara çatdı

Robert Levandovski “Barselona”da 105-ci qolunu vurub. Bu göstərici ilə polşalı hücumçu Kataloniya təmsilçisinin sabiq braziliyalı hücumçusu Neymarın nəticəsinə çatıb.

Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. Hazırda futbolçunun transfer dəyəri 12 milyon avro civarında qiymətləndirilir.

Qeyd edək ki, “Barselona” La Liqanın turnir cədvəlində 16 xalla 2-ci pillədə qərarlaşıb. Komanda növbəti turda – sentyabrın 28-də “Real Sosyedad”ı qəbul edəcək.

ETOPAZ

Əvvəlki yazı

“Leykers” Lebronla vidalaşır

Növbəti yazı

Azərbaycanın mövqeyi dəyişmədi