Levandovski Münhenə tək getdi
“Bavariya”nın hücumçusu Robert Levandovski Münhenə gedib. O, klubun düşərgəsinə qoşulub.
Polşalı çoxsaylı ölüm təhdidləri aldığı üçün Almaniyaya tək gedib. Levandovski Münhenə həyat yoldaşı və uşaqlarını aparmayıb. Bildirilib ki, 33 yaşlı oyunçu “Barselona”ya keçidinin tezliklə başa çatmasını səbirsizliklə gözləyir.