Levandovski Müllerə çatdı

Levandovski Müllerə çatdı

“Bavariya”nın futbolçusu Robert Levandovski Almaniya Bundesliqasının cari mövsümündəki qol sayını 31-ə çatdırıb. O, “Union”la qarşılaşmadakı (4:0) dubl sayəsində “30”u arxada qoyub.

Polşalı hücumçu Bundesliqa karyerasında 5-ci dəfə 30 və ya daha çox qola imza atır. Levandovskiyə qədər yalnız Herd Müller 5 dəfə bunu bacarıb.

Ümumilikdə isə 7 futbolçu bir mövsümdə 30 və ya daha çox qol vurub. Pyer-Emerik Obameyanq, Diter Müller, Yupp Haynkes, Lotar Emmerix və Uve Zeeler hərəyə bir dəfə buna nail olub.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan yığmasında 24 futbolçu

Növbəti yazı

“Yuventus”un Qabriel planı