Levandovski Messiyə çatdı
“Barselona” La Liqanın XXVIII turunda “Atletiko”nu məğlub edib – 4:2. Kataloniya klubunun ilk qolunun müəllifi Robert Levandovski olub.
Polşalı forvard mövsüm ərzində iştirak etdiyi 40 oyunda ümumilikdə 35 dəfə fərqlənib. Levandovski son 4 mövsüm ərzində “Barselona” forması ilə 35 və daha çox qol vuran ilk futbolçu olub.
Bu uğura ən son Lionel Messi 2020/21 mövsümündə nail olmuşdu – o, həmin mövsümdə 47 matçda 38 qol vurmuşdu.