Levandovski Benzemanı arxada qoydu
“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun “Viktoriya” ilə oyununda (5:1) het-trik edib. O, görüşün 34, 48 və 67-ci dəqiqələrində fərqlənib.
34 yaşlı polşalının hesabında turnirində 107 matçda 89 qol var. O, bu göstəriciyə görə “Real”da çıxış edən Kərim Benzemanı qabaqlayaraq, üçüncü yerə yüksəlib. Fransalının aktivində 86 qol var.
Siyahıya 140 qolla Kriştiano Ronaldo (“Mançester Yunayted”) başçılıq edir. Lionel Messi (PSJ) isə 125 qolla ikincidir.