“Lester”in oyunu yenidən təxirə salındı

“Lester”in oyunu yenidən təxirə salındı

İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb. XVIII turun “Everton” – “Lester” matçı yenidən təxirə düşüb.

Yanvarın 11-də keçirilməsi nəzərdə tutulan qarşılaşma baş tutmayacaq. Buna “Lester”in müraciəti səbəb olub.

“Tülkülər” bu görüşün yenidən təxirə salınmasını istəyib. Buna komandada koronavirusa yoluxanların qalması səbəb olub.

e-Topaz

Əvvəlki yazı

“Sampdoriya”da yeni yarımmüdafiəçi

Növbəti yazı

Hurkaçla Sinner gerilədi