“Lester”dən antirekord
İngiltərə Premyer Liqasında yeni antirekord qeydə alınıb. “Lester” ardıcıl 8 ev oyununda quru hesabla uduzub.
“Tülkülər”in seriyası “Nyukasl”la görüşdə 8-ə çatıb. Qonaqlar bu matçda 3 cavabsız qola seviniblər. Bu, Premyer Liqa tarixinin yeni antirekordudur.
Qeyd edək ki, “Lester” 31 turdan sonra turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.