“Lester”də islahatlar
“Lester” heyətində ciddi islahatlara başlayıb. Premyer Liqasını tərk edən klub 11 futbolçu ilə yollarını ayırıb.
Ceymi Vardi, Daniek Lenne və Denni Uordun müqaviləsi mövsümün sonunda başa çatıb. Oliver Yuinq, Harvi-Qodsmark-Ford, Ben Qrist, Denis Hiill, Liem Makelinni, Arcan Raykhi, Cozef Uormleytin və Bred Yanq ilə anlaşmaya qarşılıqlı razılaşma ilə xitam verilib.
“Lester” 2024/25 mövsümünü 25 xalla 18-ci pillədə başa vurub. Komanda növbəti mövsümdə Çempionşipdə mübarizə aparacaq.