“Lester” – “Tottenhem” matçı təxirə salındı
İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb. XVII turun “Lester” – “Tottenhem” matçı qeyri-müəyyən müddətə keçirilib.
Bu gün baş tutmalı olan qarşılaşma koronavirus pandemiyası üzündən təşkil olunmayacaq. Belə ki, hər iki komandada yoluxanlar qeydə alınıb.
Bu, London klubunun eyni səbəbdən baş tutmayan üçüncü qarşılaşmasıdır. Bunadək “Renn”lə Konfrans Liqası matçı ləğv edilib, “Brayton”la çempionat oyunu təxirə düşüb.