“Lester” Tilemansın transfer qiymətini azaltdı
“Lester” nəhənglərin iddia etdiyi yarımmüdafiəçi Yuri Tilemansın transfer qiymətini azaldıb. “Tülkülər” 25 yaşlı belçikalı ilə cəmi 20 milyon funt-sterlinqə ayrılmağa hazırdırlar.
Halbuki onlar əvvəl ən azı 38 milyon funt-sterlinq tələb edirdilər. Tilemansın “Lester”lə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Klub onu bir ildən sonra pulsuz itirmək üçün bu yay satmağa çalışır. Tilemansın xidmətində “Arsenal”, “Mançester Yunayted” və “Liverpul” maraqlıdır.