“Lester” – “Norviç” oyunu təxirə salındı
İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb. XXI turun “Lester” – “Norviç” matçı yanvarın 1-də keçirilməyəcək.
Buna səbəb qonaqların heyətində koronavirusa yoluxmaların olmasıdır. Qarşılaşmanın baş tutacağı tarix dəqiqləşməyib.