Lenqle “Tottenhem” yolunda
“Barselona” müdafiəçisi Klemen Lenqleni tezliklə icarəyə verəcək. Kataloniyalılar onu “Tottenhem”ə göndərəcək.
27 yaşlı futbolçu London klubuna keçmək istəməsə də, “Spurs”un baş məşqçisi Antonio Konte onunla söhbət edib və onu bu təklifə razı salıb. Lenqlenin maaşını isə “Barselona” ödəməyə davam edəcək.