Lenard və Portis ən yaxşı seçildi
NBA-da həftənin ən yaxşı oyunçuları açıqlanıb. “Klippers”dən Kavay Lenard və “Miluoki”dən Bobbi Postis müntəzəm çempionatın son həftəsində hamını qabaqlayıb.
Lenardın komandası həftəni üç qələbə ilə bitirib. O, 25,7 xal, 10 ribaund və 4,7 ötürmə ilə fərqlənib.
Portis karyerasında ilk dəfə konfransda həftənin basketbolçusu adını qazanıb. O, 20,7 xal, 12,3 və ribaund müəllifi olub. “Baks” 4 matçda 2 qələbə qazanıb.