Lenard “Miluoki”də qaldı
“Miluoki” Mayers Lenardla yeni müqavilə imzalayıb. “Baks” onunla 10 günlük anlaşıb.
Bu, tərəflər arasında ikinci belə müqavilədir. 30 yaşlı mərkəz oyunçusu artıq 4 matç keçirib. O, orta hesabla 7 dəqiqəyə 2,8 xal və 2 ribaunda imza atıb.
Qeyd edək ki, Mayers 2021-ci ilin martındakı qalmaqaldan sonra NBA-ya qayıdıb. Həmin vaxt “Mayami”də çıxış edən oyunçu təxminən 2 ildən sonra liqaya dönüb.