Lempard Çempionşip yolunda
“Çelsi”nin sabiq futbolçusu Frenk Lempard məşqçi fəaliyyətini bərpa edə bilər. İşsiz qalan mütəxəssis “Koventri” ilə danışıqlara başlayıb.
Hazırda baş məşqçisiz qalan klubun rəhbərliyi Lempardı bu vəzifədə görmək istəyir. Səkkiz ilə yaxın müddətdə komandanı çalışdıran Mark Robinsin istefasından sonra sabiq “Çelsi”li bu posta əsas namizəddir.
Qeyd edək ki, “Koventri” Çempionşipin turnir cədvəlində 17-cidir.