Lempard autsayderin təklifindən imtina etdi
İngiltərənin “Çelsi” klubunun sabiq baş məşqçisi Frenk Lempard “Norviç”i çalışdırmayacaq. 43 yaşlı mütəxəssis Premyer Liqanın autsayderinin təklifindən imtina edib.
Turnir cədvəlində 20-ci pillədə qərarlıaşan “Norviç”in rəhbərliyi Lempardla danışıqlar aparıb. Lakin çalışdırıcı çətin durumda olan klubun “sükanı arxası”na keçməyə razılaşmayıb.
Qeyd edək ki, Lempard bu ilin yanvarında “Çelsi”dəki vəzifəsindən kənarlaşdırılıb.