“Leççe” və “Kremoneze” A Seriyasında
Növbəti mövsümdən A Seriyasında çıxış edəcək klublardan ikisinin adına aydınlıq gəlib. “Leççe” və “Kremoneze” İtaliya çempionatının yüksək divizionuna vəsiqə qazanıb.
B Seriyasının nəticələrinə görə, “Leççe” 71 xal toplayaraq turnir cədvəlində birinci yeri tutub. “Kremoneze” isə 69 xalla ikinci pillədə qərarlaşıb. Hər iki klub A Seriyasına birbaşa bilet alıb.
Xatırladaq ki, “Leççe” sonuncu dəfə 2019/20 mövsümündə, “Kremoneze” isə 1995/96 mövsümündə İtaliya çempionatının yüksək divizionunda çıxış edib.