Lebron seçim qarşısında
Lebron Ceymsin gələcək karyerası özündən asılı olacaq. O, avqustun 4-dən sonra “Leykers”lə müqaviləni uzatmaq hüququna yiyələnəcək.
Ceyms 1 illik anlaşma ilə 47, 2 illik müqavilə ilə 97 milyon dollar qazanacaq. Tərəflər 2023-cü ilin azad agentlər bazarı açılana qədər sözləşmə imzalamalıdır.
37 yaşlı Lebronun indiki anlaşması 2022/23 mövsümünü əhatə edir. O, qarşıdakı ildə 44,5 milyon qazanacaq.