Lebron rekordunu təkrarladı
Lebron Ceyms karyerasının rekordunu təkrarlayıb. “Leykers”in hücumçusu buna “Memfis”lə matçda nail olub.
O, komandasının 99:104 hesabı ilə uduzduğu görüşdə 8 üçxallıq atışa imza atıb. O, 14 cəhddən 8-də dəqiq olub.
Qeyd edək ki, 37 yaşlı basketbolçu bu matçda 37 xal, 13 ribaund və 7 ötürməyə imza atıb.