Lebron qayıtdı
“Leykers”in basketbolçusu Lebron Ceyms meydana qayıdıb. Ulduz hücumçu “San-Antonio” ilə qarşılaşmada iştirak edib.
Bu matçda onun komandası 105:94 hesablı qələbə qazanıb. Lebron 33 dəqiqə meydanda olduğu müddətdə 21 xal, 8 ribaund, 5 ötürmə və topalma ilə yadda qalıb.
37 yaşlı forvard bunadək zədə üzündən 5 oyunu buraxmışdı.