Lebron Ceymsdən yeni rekord

Lebron Ceymsdən yeni rekord

“Los-Anceles Leykers”in basketbolçusu Lebron Ceyms yeni rekorda imza atıb. 39 yaşlı Ceyms NBA-da parket üzərində ən çox vaxt keçirən basketbolçu olub.

O, bunu “Sakaramento Kinqs”ə qarşı oyunda rəsmiləşdirib. Bu, Lebronun 22-ci mövsümündə 1517-ci oyunu olub. Əfsanəvi basketbolçu bu matçlarda meydanda 57447 dəqiqə keçirib. Bununla da o, Kərim Abdul Cabbarı geridə qoyub. Əvvəlki rekord 57 446 dəqiqə idi.

Qeyd edək ki, “Los-Anceles Leykers” səfərdə “Sakramento Kinqs”ə 113:100 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycanın mövqeyi dəyişmədi

Növbəti yazı

Melo “Betis”in hədəfində