Lebron 4-cü yerə şərik çıxdı
Lebron Ceyms mövsümdə 2-ci tripl-dabla imza atıb. “Leykers”in ulduz basketbolçusu “Hyuston”la səfər matçında (134:109) fərqlənib.
O, 18 xal, 10 ribaund və 11 ötürməyə imza atıb. Hücumçu meydanda 29 dəqiqə keçirib.
Bu, Lebronun karyerasında 107-ci tripl-dabldır. O, 4-cü olan “Dallas”ın indiki baş məşqçisi Ceyson Kiddə çatıb.
Yalnız üç basketbolçu daha çox tripl-dabl edib. Rassell Uestbruk 198, Oskar Robertson 181, Mecik Conson 138 dəfə bunu bacarıb.