Leau mövsümün oyunçusu seçildi
A Seriyasında 2021-22 mövsümünə yekun vurulub. Mövsümün ən dəyərli oyunçusunun adına da aydınlıq gəlib.
Bu ada “Milan”ın hücumçusu Rafael Leau layiq görülüb. O, mövsümün ən dəyərli oyunçusu (MVP) seçilib.
A Seriyasının baş direktoru Luici De Syervo futbolçu haqqında danışıb. Syervo onun parlaq gələcəyi olduğunu vurğulayıb:
“Leau İtaliya çempionu olan “Milan”ın simvollarından biridir. Bu oyunçu həmişə əla şou göstərə bilər. Futbol həvəsi, gözlənilməz hərəkətləri, fiziki gücü və sürətli texnikası onu artıq beynəlxalq səviyyədə ən yaxşı oyunçu və parlaq istedadlardan birinə çevirib”.