Leaoya növbəti müştəri
“Milan”ın futbolçusu Rafael Leao daha bir klubun maraq dairəsinə düşüb. Portuqaliyalı hücumçunun xidmətində “Mançester Siti” maraqlıdır.
İngiltərə təmsilçisi bu transferi 2023-cü ilin yayında reallaşdırmaq fikrindədir. Rafaelin “Milan”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
İtaliya klubu aldığı bütün təklifləri rədd edib. Forvardın müqaviləsində sərbəstqalma məbləği kimi 150 milyon avro göstərilib.