Leaoya İspaniyadan müştəri
“Milan”ın hücumçusu Rafael Leao İtaliya çempionatından İspaniya La Liqasına keçə bilər. Futbol agenti Xorxe Mendeş portuqaliyalı futbolçunun transferi ilə bağlı “Barselona”nın prezidenti Joan Laporta ilə danışıqlar aparıb.
Futbolçunun meneceri gələn yay Leaonu transfer etmək üçün Katoloniya klubunu razı salıb. Hazırda tərəflər müqavilənin şərtləri üzərində işləyirlər.
Bu mövsüm Rafael “Milan”ın 39 matçında iştirak edib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.