Leao zədəsini sağaltdı
“Milan”ın baş məşqçisi Stefano Pioli hücumçu Rafael Leaonun durumuna aydınlıq gətirib. İtaliyalı mütəxəssis 23 yaşlı portuqaliyalının Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyununda “İnter”ə qarşı oynayacağına inanır.
A Seriyasının 34-cü turunun “Latsio” ilə matçında zədələnən futbolçunun məşqlərə başladığını bildirən Pioli son qərarı matça saatlar qaldıqda verəcəyini deyib: “Leao özünü yaxşı hiss etsə, start heyətində başlayacaq. Əks halda o, heç ehtiyat oyunçular skamyasında da olmayacaq. Aydındır ki, biz risk edə bilmərik. Dünən nəzərdə tutulan işləri gördü, görək bu gün nə olacaq”.