Leao sıradan çıxdı

Leao sıradan çıxdı

“Milan”ın heyətində ciddi itki baş verib. Rafael Leao sıradan çıxıb.

26 yaşlı vinger A Seriyasının XIV turu çərçivəsində keçirilən “Torino” ilə matçın (4:2) 33-cü dəqiqəsində zədə alaraq meydanı tərk edib.

Portuqaliya millisinin üzvünün vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Leao bu mövsüm “Milan”ın heyətində meydana çıxdığı 11 rəsmi qarşılaşmada 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Ceyk “Liverpul”un hədəfində

Növbəti yazı

Suarezdən “İnter Mayami” qərarı