Leao “Milan”ı tərk edir
“Milan”ın cinah hücumçusu Rafael Leao komandanı tərk etmək arzusundadır. Portuqaliyalı futbolçu bu barədə klub rəhbərliyini məlumatlandırıb.
İtaliyalı təmsilçisi Rafaelin satışından 70 milyon gəlir əldə etmək arzusundadır. Leao ilə “Bavariya”nın maraqlandığı xəbərləri yayılıb. Onun komandanı tərk edəcək Leroy Sane və Kinqsli Komanı əvəzetməsi planlaşdırılıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu 50 oyunda 12 qol vurub, 13 ötürmə verib.