Leao ”Mançester Yunayted”in hədəfində
Portuqaliya millisinin və “Milan”ın futbolçusu Rafael Leao daha bir klubun maraq dairəsinə düşüb. “Mançester Yunayted” hücumçunun xidmətində maraqlıdır.
Forvardın İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Tərəflər yeni anlaşma barədə razılıq əldə etməyib. Bu, “Mançester Yunayted”in Leaonun transferi üçün danışıqlara başlamasına təkan verəcək.
Qeyd edək ki, Leaonun çıxış etdiyi Portuqaliya millisi DÇ-2022-də 1/4 finalda mübarizəni dayandırıb.