Leao “Çelsi” yolunda

Leao “Çelsi” yolunda

“Çelsi” heyətini gücləndirmək niyyətindədir. Klub Rafael Leaonun xidmətində maraqlıdır.

London təmsilçisi bununla bağlı “Milan”la danışıqlara start verib.

Cinah hücumçusunun müqaviləsində 175 milyon avroluq sərbəst qalma maddəsi var. Amma “Milan” onu 75 milyona sata bilər. Klubla 2028-ci ilin yayına kimi müqaviləsi olan Rafaellə “Arsenal” da yaxından maraqlanır.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsümdə 48 oyunda 12 qol vurub, 13 ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 10.05.2025

Növbəti yazı

Mak Allister ayın futbolçusu seçildi