Leandronun 100-cü oyunu

Leandronun 100-cü oyunu

Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. “Qarabağ”ın yarımmüdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının XXIX tura təsadüf edib.

25 yaşlı kabo-verdeli “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.

Andrade Premyer Liqada 2021/22 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.

Qeyd edək ki, “Qarabağ” bu oyunda 1:0 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada antirekord

Növbəti yazı

Yuriç istefa verdi