Lavya “Çelsi”nin hədəfində
“Çelsi” heyətini gücləndirmək niyyətindədir. Klub “Sauthempton”un yarımmüdafiəçisi Romeo Lavyanı transfer etməyə yaxındır.
Londonlular 19 yaşlı futbolçu ilə müqavilə imzalamaq üzrədir. “Çelsi” onun üçün 48 milyon funt-sterlinq təklif etmişdi.