Lautaro “İnter”də qaldı

Lautaro “İnter”də qaldı

Argentina millisinin futbolçusu Lautaro Martines gələcək karyerası ilə bağlı qərarını verib. Bunu futbolçunun özü açıqlayıb.

“İnter”in hücumçusu yayda klubunu dəyişməyəcək. “Tottenhem” onun üçün 90 milyon avro ödəməyə hazır olsa da, Lautaro İtaliya klubunda qalmağa üstünlük verib.

O, paylaşımında daha bir il Milan təmsilçisində qalacağını qeyd edib. Argentinalının “İnter”lə anlaşması 2026-cı ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Yuta”nın müdafiəçisi qəzaya düşdü

Növbəti yazı

Ronaldo ilə ten Haq görüşəcək