Laurentsiu Regekampf: “Günboyu bu qələbəni qeyd etməliyik”
Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Aris” matçından (3:0) sonra Laurentsiu Regekampfın mətbuat konfransı keçirilib. Mütəxəssis matç barədə düşüncələrini bölüşüb:
“Oyunçularımı təbrik etmək istəyirəm. Həmçinin rəqib futbolçularını da. Hər iki komanda mükəmməl oyun göstərdi. Amma çox sevinirəm ki, lazımi qələbə qazanaraq növbəti mərhələyə adladıq. Bizim üçün bu gecə boyu sevinc dolu hisslər olacaq. Bunu qeyd edəcəyik. Amma sabah yenidən işə başlayacağıq. Növbəti mərhələdə bizi “Rapid” kimi çətin rəqib gözləyir. Oyunçularımla danışdım, onları təbrik etdim. Günboyu bu qələbəni qeyd etməliyik. Bir vacib məqamı da deyim. Azarkeşlərimiz bu gün mükəmməl idi. Bütün oyunçularımızın arxasında dayanmışdılar. Mənim üçün bu gün meydanda 12-ci oyunçu idilər. Onlara təşəkkür edirəm”.